
“Mançester Siti” Semenyo ilə anlaşıb
“Mançester Siti” “Bornmut”un vingeri Antuan Semenyonun transferi ilə bağlı danışıqlara başlayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” artıq futbolçunun özünü razı sala biliblər və yaxın vaxtlarda qarşı tərəfin rəhbərliyi ilə də razılıq əldə olunacağı gözlənilir.
25 yaşlı futbolçunun müqaviləsində 65 milyon funt sterlinq (təxminən 75 milyon avro) məbləğində sərbəstqalma bəndi yer alır. Bu şərt yanvarın 10-dək qüvvədə olacaq. Bununla belə, tərəflər transferin detalları ilə bağlı dəyişikliklər edə bilər.
“Mançester Siti” sözləşmənin bəzi şərtlərini, o cümlədən ödənişlərin strukturunu yenidən nəzərdən keçirmək istəyir.
Semenyo ilə “Mançester Yunayted” də maraqlanırdı, ancaq qanalı futbolçu Mançesterin digər təmsilçisini seçib.
Bizi Facebook-da izləyin



