“Mançester Siti” öz rekordunu təkrarlayıb

İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançester Yunayted”lə ev matçı “Mançester Siti” üçün əlamətdar olub.

Pep Qvardiolanın komandası rəqibini 3:1 hesabı lə məğlub edib. Komanda.az xəbər verir ki, nəticədə, “şəhərlilər” ardıcıl 55-ci ev oyununda qol vurmağı bacarıblar.

Bu, klub rekordunun təkrarıdır. “Mançester Siti” sonuncu dəfə “Etihad” stadionunda 9 mart 2022-ci ildə, Çempionlar Liqasında “Sportinq”lə qolsuz heç-heçə edib.

“Mançester Siti” növbəti oyununu martın 6-da, ÇL-in 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Kopenhagen”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button