
Niderlandlı futbolçu “Mançester Siti”ni tərk edə bilər
“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reyncers mövsümün sonunda komandanı tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu artıq “şəhərlilər” üçün toxunulmaz oyunçu sayılmır və yayda onun ayrılığı istisna edilmir.
Niderlandlı futbolçu ilə “Milan”, “Napoli” və “Yuventus” kimi İtaliyanın aparıcı klubları maraqlanır. Hətta onun A Seriyası təmsilçilərindən birinə icarə əsasında keçə biləcəyi də istisna edilmir.
“Mançester Siti” Reyncersi 2025-ci ilin yayında, 55 milyon avroya transfer etmişdi. O, komanda ilə 45 oyunda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə verib.
Reyncers İtaliya çempionatına tanış simadır. Belə ki, o, əvvəllər “Milan” forması ilə A Seriyasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



