“Mançester Siti”nin 70 milyon avroluq tələbi

“Mançester Siti” futbolçusu Leroy Saneni “Bavariya”ya satmağa hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “şəhərlilər”in 70 milyon avro qarşılığında 24 yaşlı futbolçunu “Bavariya”ya sata biləcəyi qeyd olunub.

“Bavariya” Sane üçün “Mançester Siti”yə 40 milyon avro təklif edib. Ancaq “şəhərlilər” alman futbolçunu 70 milyondan aşağı qiymətə satmaq niyyətində deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button