“Mançester Siti” də onun satışından qazanc əldə edəcək

“Sauthempton” klubunun yarımmüdafiəçisi Romeo Lavia Premyer Liqa təmsilçilərinin hədəfindədir.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, “Çelsi”, “Liverpul” və “Arsenal” onu transfer etmək istəyən klublardır. Lakin bu mübarizədə “zadəganlar” daha üstün tərəfdir.

“Liverpul” və “Arsenal” isə “müqəddəslər”ə 19 yaşlı futbolçu üçün 58 milyon avro ödəmək haqda düşünmür.

Lavia iş yerini dəyişsə, “Sauthempton” oyunçunun keçmiş klubu “Mançester Siti”yə ödəniş etməli olacaq. Romeo 2021-2022-ci illərdə “şəhərlilər”in heyətində çıxış edib.

Belçikalı futbolçu 2022/23 mövsümündə “müqəddəslər”in heyətində 34 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button