“Atletiko” 85 milyon avroluq təklifə “yox” dedi

“Mançester Siti” “Atletiko”nun futbolçusu Xose Ximenesi transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, “şəhərlilər” 25 yaşlı müdafiəçi üçün 85 milyon avro təklif edib. Bu barədə “goal.com” saytı məlumat yayıb. “Atletiko”nun prezidenti Enrike Serezo İngiltərə klubunun təklifini rədd etdiklərini açıqlayıb:

“Bəli, bizə “Mançester Siti”dən təklif gəldi. Ancaq Ximenes əla futbolçudur və onu komandada saxlamağı planlaşdırırıq”.

Ximenesin “Atletiko” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Müdafiəçinin sərbəstqalma məbləği 120 milyon avrodur.