20 il sonra gələn qollar

Malta milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Slovakiya ilə heç-heçə edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:2 hesabıyla bitən matçda maltalılar yeni uğura imza atıblar. Belə ki, Malta millisi 2001-ci ildən sonra ilk dəfə dünya çempionatlarında bir səfər matçında iki qol vurmağı bacarıb.

Malta yığması sonuncu dəfə 2001-ci ildə, DÇ-2002-nin seçmə mərhələsi oyununda səfərdə Çexiya yığmasına 2 qol vurmuşdu (2:3).