Maldini “Milan”a qayıdır?

Keçmiş futbolçu Paolo Maldini “Milan”a qayıda bilər.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, Maldininin həyat yoldaşı Adriana tərəfindən yerləşdirilən foto funksionerin Milan klubunda gözlənilməsi ilə bağlı sual yaradıb. Maldininin xanımı fotonun altına “tezliklə gələcək” kimi şərh edilə bilən gülüş işarəsi qoyub.

“Milan” 2023-cü ilin yayında Maldinini istefaya göndərmişdi. Onun “Milan”dakı futbolçu karyerası 1984-cü ildən 2009-cu ilə qədər davam edib. Bu müddət ərzində o, klubla 26 kubok, o cümlədən İtaliya çempionatında 7, Çempionlar Liqasında isə 5 qələbə qazanıb.

Maldini klubda 2019-cu ildə texniki direktor vəzifəsini icra edib, 2018-ci ildən isə strateji inkişaf direktoru postunda çalışıb. Ümumilikdə o, “Milan”da 36 ilini müxtəlif statuslarda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button