Mahir Emrelinin komanda yoldaşı DÇ-nin rekorduna şərik oldu

Futbol üzrə Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç bir dünya çempionatında penaltilər seriyası zamanı ən çox qurtarışa imza atmaqla rekordu təkrarlayıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı qolkiper Qətərdə keçirilən mundialın 1/4 final mərhələsində Braziliya ilə görüşdə rəqibin bir zərbəsini dəf edib.

Əsas vaxtı heç-heçə (1:1) bitən qarşılaşmanın penaltilər seriyasında komandasının 4:2 hesablı qələbə qazanmasına Rodriqonun zərbəsini qaytarmaqla töhfə verən Livakoviç DÇ-2022-də 4-cü belə uğuruna imza atıb. O, 1/8 finalda Yaponiya ilə oyunun penaltilər seriyasında da 3 seyv etmişdi.

Livakoviçə qədər DÇ-1990-da argentinalı Serxio Qoykoçea, DÇ-2018-də isə həmyerlisi Daniel Subaşiç penaltilər seriyaları zamanı 4 seyvlə yadda qalıblar.

Xatırladaq ki, Livakoviç Azərbaycan yığmasının yarımmüdafiəçi Mahir Emreli ilə birgə Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button