Mahir Emreli Rusiya klublarından təklif alıb? AÇIQLAMA

Polşanın “Legiya” komandasının futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin ilk turunda Rusiyada Moskva “Spartak”ına qarşı keçirəcəkləri oyundan əvvəl yerli mətbuata açıqlama verib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu, rəqiblərin güclü olmasından razı olduğunu deyib:

“Avropa Liqası, güclü rəqiblər, bir sözlə, hər şeydən razıyam. Yaxşı komandalara qarşı oyun hamımız üçün əla təcrübədir. Harda, kiminlə oynamağınızın heç bir əhəmiyyəti yoxdur. Hər oyuna ciddi hazırlaşmaq və zövq almaq lazımdır”.

Emreli, “Legiya”dan əvvəl Rusiya klublarından təklif almadığını bildirib:

“Sadəcə, maraq var idi. Hətta təklif olsaydı belə, imtina edəcəkdim (gülür)”.

24 yaşlı futbolçu, Avropa Liqasında “Napoli”, “Lester” və “Spartak” kimi güclü komandalara qarşı oynayacaqlarını deyib:

“Nəticələrin necə olacağını deyə bilmərəm. Bu cür rəqiblərlə oynayacağımız üçün şadam. Bu, komandamız üçün yaxşı təcrübədir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button