“Alaves”dən inamlı qələbə

İspaniya La Liqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda “Vilyarreal” “Valyadolid”lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz heç-heçə ilə ayrılıblar.

Şənbə günü daha dörd görüş baş tutub. “Xetafe” doğma meydanda “Selta”ya, “Espanyol” “Rayo Valyekano”ya qalib gəlib. “Jirona” isə “Hueska” ilə ev oyunundan məğlub ayrılıb.

21-ci turun maraqla gözlənilən qarşılaşması Madriddə keçirilib. “Atletiko” doğma azarkeşləri önündə “Real”ı qəbul edib. Dörd qolun qeydə alındığı paytaxt derbisində “Real” inamlı qələbəyə sevinib.

“Barselona” bu turda çətin “Atletik” səfərinə yollanıb. Kataloniya təmsilçisi Bilbaoda növbəti xal itkisi ilə üzləşib. “Valensiya” “Real Sosyedad”la “sülh bağladığı” halda, “Sevilya” da “Eybar”la ev oyunundan heç-heçə ilə ayrılıb. Günün yeganə qalibi isə “Betis”i darmadağın edən “Leqanes” olub.

Turun qapanış matçında “Alaves” doğma meydanda “Levante” üzərində inamlı qələbəyə sevinib.

İspaniya La Liqası, 23-cü tur

8 fevral

Valyadolid – Vilyarreal 0:0

9 fevral

Xetafe – Selta 3:1
Qol: Mata, 39-pen; 81. Molina, 62 – Arauxo, 2.

Atletiko – Real 1:3
Qol: Qrizmann, 25 – Kazemiro, 16. S.Ramos, 43-pen. Q.Beyl, 74.

Espanyol – Rayo Valyekano 2:1
Qol: B.İqlesias, 72. Darder, 90 – A.Ba, 33.

Jirona – Hueska 0:2
Qol: Avila, 35; 40.

10 fevral

Leqanes – Betis 3:0
Qol: En Nesiri, 22; 36; 66.

Valensiya – Real Sosyedad 0:0

Sevilya – Eybar 2:2
Qol: Ben Yedder, 88. Sarabia, 90 – Orelyana, 22. Çarles, 63.

Atletik – Barselona 0:0

11 fevral

Alaves – Levante 2:0
Qol: Laquardia, 23. Coni, 90.

Bombardir: Lionel Messi (Barselona) – 21 qol.