Məşhur brend Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırdı

Məşhur idman brendi “Adidas” Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırıb.

Komanda.az xəbər verir ki, buna Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar səbəb göstərilib. Qərrar dərhal qüvvəyə minib.

Gürcüstan Futbol Federasiyası (GFF) isə baş sponsoru olan Rusiyanın “VTB Bank”ı ilə əməkdaşlığı dayandırıb. Bu barədə federasiyadan bildirilib.

Bankın loqotipi GFF-nin bütün kommunikasiya kanallarından, çap və rəqəmsal mediadan, milli komandanın geyimindən də yığışdırılıb. Federasiya yeni baş sponsorunu yaxın zamanlarda elan edəcək.

Qeyd edək ki, “VTB Bank”ın Gürcüstandakı törəməsi 2016-cı ildən GFF-nin rəsmi baş sponsoru olub.

Daha əvvəl FIFA və UEFA Rusiya təmsilçilərinin beynəlxalq yarışlardan kənarlaşdırılması barədə qərar çıxarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button