“Məqsədimiz əsas milliyə futzalçı hazırlamaqdır”

AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçi İlqar Aslanov Mərakeşlə oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:5 hesablı məğlubiyyəti belə şərh edib:

“Çətin oyun oldu. Uşaqlar mübarizə apardılar. Turnirdə iştirak edən komandalar güclüdürlər. Mərakeş millisi son illərdə inkişafda edən komandadır. Belarus yığmasını isə tanıyırıq, bir neçə dəfə qarşılaşmışdıq.

Yenə qeyd edirəm, bu cür turnirlər futzalçıların təcrübə toplaması, inkişafı baxımından əhəmiyyətlidir. Çalışırıq ki, gələcəkdə əsas millidə oynayacaq futzalçılar hazırlayaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button