“Mənim üçün əsas prioritet hiss etmək idi” – Alba

İspaniyalı futbolçu Jordi Alba niyə “İnter Mayami”yə keçmək qərarına gəldiyini izah edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Alba, “İnter Mayami”də xoşbəxt olduğunu bildirib:

“Mənə başqa klublardan daha çox pul təklif edilməsinə baxmayaraq, mənim üçün əsas prioritet hiss etmək idi. “İnter Mayami”də Lionel Messi və Serxio Busketslə yenidən bir araya gəldiyim üçün çox xoşbəxtəm. Ancaq burada təkcə üçümüz deyilik, çox yaxşı oyunçular qrupu da var. Bizə kömək edəcəklər və biz də onlara kömək edəcəyik ki, bütün matçlarda qalib gələk.

Mən çox rəqabətli oyunçuyam və bu layihə mənə tanışdır. Ona görə də, bura gəlməyə qərar verdim. Cəmi üç-dörd gündür buradayam, amma mənə elə gəlir ki, bütün həyatımı burada keçirmişəm”.

Alba “İnter Mayami”yə “Barselona”dan keçib. O, 2022/23 mövsümündə Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button