“Camal növbəti Messi ola bilər” – Matteus

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus “Bayern”in oyunçusu Camal Musiala haqda fikirlərini bölüşüb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir, o, gənc futbolçunun oyun üslubunu bəyəndiyini bildirib:

“Camal növbəti Messi ola bilər. Onun 19 yaşı var. Çox məqsədyönlü oğlandır. Mən onun azarkeşiyəm. Onu futbolçu kimi çox bəyənirəm”.

Musiala Almaniya Bundesliqasında bu mövsüm 14 oyun keçirib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button