
Sabiq futbolçudan Tuxelə məsləhət
İngiltərə millisinin sabiq futbolçusu Maykl Ouen, yığmanın baş məşqçisi Tomas Tuxelin “Vest Hem”in oyunçusu Carrod Bouenə daha çox etibar etməli olduğuna inanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Mən ona milli komandada daha çox oyun vaxtı verərdim. Düşünürəm ki, Bouen yaxşı oyunçudur. Təxminən bir il əvvəl biz bir ustad dərsi zamanı birlikdə idik. Gözlərimə inana bilmədim, o, çox yaxşı idi. Detallara diqqət yetirir və hər iki ayağı ilə əla oynayır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



