“Mənə “Mançester Yunayted”ə baş məşqçi gətirməyi desəydiz, Kloppu seçərdim”

Sabiq müdafiəçi Qari Nevill “Liverpul”un baş məşqçisi Yurgen Kloppu “Mançester Yunayted”də görmək istədiyini etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu bunu deyib:

“Klopp Pep Qvardiolanın büdcəsindən qat-qat az büdcə ilə işləyir. Qvardiola dahidir və o, əbədi olaraq yadda qalanlardan biri olacaq. Sabah mənə “Mançester Yunayted”ə baş məşqçi gətirməyi desəydiz, Kloppu seçərdim”.

Klopp 2015-ci ilin payızından “qırmızılar”a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Çempionlar Liqası, Premyer Liqa, İngiltərə kuboku, Liqa kuboku və Klublararası dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button