Məmmədyarovla Rəcəbov 1/4 finala uğurlu başladı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov bu raundda Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FİDE) ilə qarşılaşıb. Rəcəbov bütün partiyalarda sülhə razılaşıb. Məmmədyarov isə 1/4 finala qələbə ilə başlayıb.

Bu raundun ikinci görüşləri aprelin 28-də keçiriləcək. Qalib müəyyənləşməsə, hər şeyə tay-brekdə aydınlıq gələcək.

1/4 final
27 aprel

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov 2:2
Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) 3:1
Levon Aronyan (Ermənistan) – Uesli So (ABŞ) 3:1
Le Kuanq Lyem (Vyetnam) – Hikaru Nakamura (ABŞ) 1,5:2,5

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button