“Çox şey öyrəndim, çox şey başa düşdüm” – Ronaldo

“Mançester Yunayted”in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo tənqidlərə münasibətindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, neqativ auralı insanlar barədə fikirlərini bölüşüb:

“Artıq 37 yaşım var. Çox şey öyrəndim, çox şey başa düşdüm. İnanın ki, çoxu sizin səhvlərinizi gözləyir. Onlar sizi incitməyi gözləyirlər. Həqiqət budur ki, çoxu başqasının uğurunu sevmir.

Bu insanlar yalnız mənfi cəhətləri axtarırlar. Mən belə münasibəti başa düşə və qəbul edə bilmirəm. Ona görə də, mətbuatı demək olar ki, oxumuram. Çünki orda həmişə yalan olur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button