Mərdanov “Kəpəz”ə qayıtdı

“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi müəyyənləşib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Xaliq Mərdanov təyin olunub. Onunla bir illik müqavilə bağlanıb.

Azərbaycan millisinin sabiq üzvü 2015-2017-ci illərdə əsas komandanın məşqçilər korpusunda yer alıb. O, ümumilikdə 9 il “Kəpəz”də çıxış edib.