“Mənə etibar etdilər” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Sassuolo” üzərində qələbəni (2:1) şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis çox vacib qələbə qazandıqlarını bildirib:

“Mənə etibar etdilər. Bu, çox vacib, gərgin mübarizə və layiqli qələbə idi. Hətta 0:1 hesabı ilə uduzduğumuz vaxtda belə, mənim komandam hələ də meydanın ən yaxşısı idi. Buna görə də, futbolçular və bütün azarkeşlərimiz üçün şadam”.

14 turdan sonra “Roma” 24 xalla A Seriyasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button