![](https://komanda.az/wp-content/uploads/2023/09/cud-bellingem-735x470.jpg)
Bellingemə ən çox təsir edən amil
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem klubu ilə yeni müqavilə imzalamazdan əvvəl təəssüratlarından danışıb.
Komanda.az “Madrid Xtra”-a istinadən xəbər verir ki, ingilis futbolçu Çempionlar Liqasını qazanmaq istədiyini bildirib:
“Mənə ən çox təsir edən 14 Çempionlar Liqası kuboku olan bir komandada olmağım idi. Bu, dərhal məndə bu titula sahib olmaq istəyinə səbəb oldu”.
Bellingem 2023/24 mövsümündə bütün yarışlarda 41 matçda iştirak edib, 23 qol vurub və 12 məhsuldar ötürmə verib.
“Real” iyunun 1-də Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin