Məğlub olduq, amma ayağa qalxıb mübarizə aparacağıq” – Skaloni

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin C qrupunda Səudiyyə Ərəbistanına məğlubiyyəti (1:2) şərh edib.

Komanda.az xəbər verir ki, o, qarşıdakı iki oyunda qalib gələcəklərini bildirib:

“Məğlub olduq, amma ayağa qalxıb mübarizə aparacağıq. Səudiyyə Ərəbistanının necə oynadığını bilirdik. Onların müdafiədə yaxşı oynadıqlarını bilə-bilə matça hazırlaşdıq. Oyundankənar vəziyyətlər millimetrik idi.

Qarşıda bizi daha iki oyun gözləyir və biz o matçlarda qalib gələcəyik”.

Argentinalılar növbəti matçını noyabrın 26-da Meksikaya qarşı keçirəcəklər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button