“Lunyov vacib matçlarda “Qarabağ”a çoxlu xal qazandırdı”

Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov bildirib ki, Paraqvay yığması ilə təxirə salınmış yoldaşlıq görüşündə meydana start heyətində “Qarabağ”ın qolkiperi Andrey Lunyov çıxmalı imiş. 

Komanda.az “Matç TV”-yə istinadən xəbər verir ki, o, Lunyovu çoxdan tanıdığını, onun özünə də ən yaxşı dövrünü yaşadığını söylədiyini deyib:

“Mən Lunyovu çoxdan tanıyıram. Onun özünə də ən yaxşı dövrünü yaşadığını dedim. O, “Qarabağ”ın Avropa Liqasının qrupundan çıxmasına və çox şeyin həll olunduğu oyunlarda komandasına çox kömək etdi. Vacib matçlarda “Qarabağ”a çoxlu xal qazandırdı. O, milliyə böyük motivasiya ilə gəlmişdi. Yeganə təəssüfləndiyim məqam Paraqvayla matçın baş tutmaması oldu. Çünki Yura Lodıqin və Andrey Lunyov meydana çıxa bilmədi. Paraqvayla matçda start heyətində Lunyov başlamalı, ikinci hissədə isə onu Lodıqin əvəz etməli idi. Əvəzedicilərə icazə verilsəydi…

Lodıqin, Lunyov, Maksimenkodan hansı daha güclüdür? Lunyov digər qapıçılardan fərqli olaraq avrokuboklarda çıxış etdiyi üçün müqayisə çətindir. Şübhə etmirəm ki, qapıçılarımız avrokuboklarda iştirak etsəydilər, onlar da layiqli səviyyə nümayiş etdirərdilər. Amma artıq adlarını çəkdiyim başqa qapıçılar da var. Ona görə də, Matvey Safonovdan başqa, millinin əsas heyətini fərqləndirmək çox çətindir. Bütün qapıçılar yaxşı səviyyədədir”.

Rusiya – Paraqvay matçı martın 23-də Rusiyadakı terror aktına görə təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button