“Qarabağ”ın futbolçusu: “Bu, qapıçılara yaxşılıq olardı”

“Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov futbolda hansı qaydanın ləğv olunması ilə ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu penaltilər zamanı xəttlə bağlı olan qaydaların rəqib oyunçuların xeyrinə olduğunu bildirib:

“Düzünü desəm, penaltilər zamanı xəttlə bağlı olan bu qaydalar rəqiblərin xeyrinədir. Kimsə desəydi ki, zərbə zamanı irəliyə doğru addım atmaq mümkün olsaydı və ya cüzi tullanmaya icazə verilsə, bu, az-çox normal olardı. Bu, qapıçılara yaxşılıq olardı. Mən ancaq özüm üçün danışıram, başqaları mübarizə apara bilər. Buna görə də, bəli, bunu dəyişdirmək olar”.

Lunyov 2023-cü ilin avqustundan “Qarabağ”da çıxış edir. O, bu müddətdə komandanın heyətində 26, o cümlədən Avropa Liqasında 10 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button