Lüksemburq – Azərbaycan: Hakimlər məlum oldu

Azərbaycan millisinin UEFA Millətlər Liqasının sonuncu turu çərçivəsində Lüksemburqla keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Feliks Zvayer olacaq. Ona yan xətt hakimləri Torsten Şiffner və Marko Axmüller kömək edəcək. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirəcək.

Lüksemburq – Azərbaycan oyunu noyabrın 17-də, saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button