“Barselona” “Napoli”nin futbolçusu ilə müqavilə bağlamaq istəyir

“Napoli”nin yarımmüdafiəçisi Stanislav Lobotkanın agenti “Barselona”nın futbolçu ilə maraqlanmasından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, artıq Kataloniya klubunun idman direktoru ilə müqavilə haqda danışdıqlarını söyləyib:

“Biz artıq Deku ilə müqavilə imzalamaq barədə danışmışıq. “Barselona” Labotka ilə müqavilə bağlamaq istəyir. Amma ilk növbədə bəzi şeylər haqda razılıq əldə edilməlidir”.

Lobotka 2020-ci ilin yanvarında “Selta”dan “Napoli”yə keçib. Slovakiyalı futbolçunun klubla müqaviləsi 2027-ci il iyunun 30-na kimidir. O, bu mövsüm neapolluların heyətində bütün turnirlərdə 40 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button