Llorisin əvəzinə “Qarabağ”ın rəqibinin qapıçısı

“Tottenhem”in qapıçısı Uqo Lloris bu ay Fransa millisində oynamayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı fransalı komandanın düşərgəsinə gəlib, lakin ombasından aldığı zədə səbəbindən Klerfonteni tərk edib.

Fransa millisinin baş məşqçisi Didye Deşam Llorisin yerinə “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Nant”ın qapıçısı Alban Lafontu çağırıb.

Lloris Fransa millisinin kapitanıdır. O, 2008-ci ildən millidə çıxış edir .

Fransa millisi sentyabrın 22-də Avstriya, 25-də isə Danimarka ilə qarşılaşacaq.