“Jirona” “Liverpul”un futbolçusu ilə razılığa gəlməyə çalışır

“Jirona” klubunun rəhbərliyi yay transferlərini planlaşdırmağa başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub Çempionlar Liqasının 2024/2025 mövsümünün başlamasına qədər güclənmək istəyir. Hazırda “Jirona” “Liverpul”un yarımmüdafiəçisi Tiaqo Alkantara ilə maraqlanır. İspaniyalı futbolçu yayda azad agent olacaq və bu səbəbdən, Kataloniya klubuna tam pulsuz keçə bilər.

“Jirona” artıq yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə yaradıb və razılığa gəlməyə çalışır.

Alkantara 2020-ci ildən “Liverpul”da çıxış edir. O, bu mövsüm zədə səbəbindən yalnız bir dəfə meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button