“Liverpul”un qalan bütün oyunlarda qalib gələcəyini düşünürəm” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, İngiltərə Premyer Liqasının son turunda “Kristal Pelas”a 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, qələbəni belə şərh edib:
“Qalib gəldiyimiz üçün xoşbəxtəm. Kifayət qədər istirahət edə bilməmişdik. Buna baxmayaraq, 75-80 dəqiqə yaxşı oynadığımızı düşünürəm”.
48 yaşlı mütəxəssis, Premyer Liqadakı çempionluq yarışı haqqında da danışıb:
“Liverpul”un qalan bütün oyunlarda qalib gələcəyini düşünürəm. Çempion olmaq üçün biz də bütün oyunları qazanmağa məcburuq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin