Van Dayk: “Messi ilə müqayisə oluna bilmərik”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk FİFA tərəfindən ilin ən yaxşı oyunçusuna verilən “The Best” mükafatının təqdimatından sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, van Dayk, Lionel Messinin qalib olması ilə bağlı bunları deyib:

“İnsanlar səs verdi və Messi qalib oldu. Çox yaxınlaşmışdım. Messi ilə müqayisə oluna bilmərik. O hücumçudur, mən isə müdafiəçi.

Messi böyük futbolçudur və müzakirəsiz, futbol tarixinin ən yaxşısıdır. Onun üçün çox xoşbəxtəm.

Komandamla qazandığım titullar mənim üçün vacibdir. Belə mükafat isə sadəcə bonus olacaqdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button