Azarkeşlər seçimini etdi: İngiltərədə ilin ən yaxşısı bilindi

İngiltərədə Futbol Azarkeşləri Dərnəyi ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu, “Liverpul”un müdafiəçisi Vircil van Daykdır. Bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Van Dayk bu nominasiyada “Mançester Siti”dən Rahim Sterlinq, “Arsenal”dan Pyer-Emerik Obameyanq, “Lester”dən Ceymi Vardi, “Tottenhem”dən Son Hın Min və “Liverpul”dan Sadio Maneni üstələyib.