“Mançester Siti” 3 xalı 6 qolla qazandı

İngiltərə Premyer Liqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Şeffild Yunayted” “Vest Hem”i qəbul edib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

“Çelsi” bu turda “Bernli”ni, “Mançester Yunayted” isə “Norviç”i sınağa çəkib. Hər iki oyunda favorit göstərilən meydan sahibləri darmadağına sevinib.

Turun mərkəzi görüşündə lider “Liverpul” Londonda “Tottenhem”lə üz-üzə gəlib. Yurgen Kloppun çalışdırdığı qonaqlar Joze Mourinyolu paytaxt təmsilçisini səfərdə məğlub edib. “Arsenal” səfərdə “Kristal Pelas”la heç-heçəyə razılaşıb. “Lester” isə evdə “Sauthempton”a məğlub olub.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Bornmut” doğma meydanda “Uotford” 3 cavabsız qolla uduzub. Səfərdə “Aston Villa”nın qonağı olan “Mançester Siti” isə darmadağınla qalib gəlib.

İngiltərə Premyer Liqası, 22-ci tur

10 yanvar

Şeffild Yunayted – Vest Hem 1:0
Qol
: Makbörni, 53.

11 yanvar

Kristal Pelas – Arsenal 1:1
Qol
: Ayyu, 54 – Obameyanq, 12.

Çelsi – Bernli 3:0
Qol
: Jorjinyo, 27. Abraham, 38. Hadson-Odoi, 49.

Everton – Brayton 1:0
Qol
: Riçarlison, 38.

Lester – Sauthempton 1:2
Qol
: Praet, 14 – Armstronq, 19. İnqs, 81.

Mançester Yunayted – Norviç 4:0
Qol
: Reşford, 27; 52. Marsyal, 54. Qrinvud, 76.

Vulverhempton – Nyukasl 1:1
Qol
: Dendonker, 14 – Almiron, 7.

Tottenhem – Liverpul 0:1
Qol
: Firmino, 37.

12 yanvar

Bornmut – Uotford 0:3
Qol
: Dukure, 42. Dini, 65. Pereyra, 90+2.

Aston Villa – Mançester Siti 1:6
Qol
: El Qazi, 90+1 – Mahrez, 18; 24. Aquero, 28; 57; 81. Q.Xesus, 45+1.

Bombardir: Ceymi Vardi (Lester) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button