“Liverpul”la “Yuventus” Salah üçün razılaşıb?

“Yuventus”un “Liverpul”un hücumçusu Məhəmməd Salahı heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub. “Qoca sinyora”nın İngiltərə klubunun Paulo Dibala+50 milyon avro istəyini qəbul etdiyi deyilir.

Bir müddət əvvəl tərəflərin 160 milyon avroya razılaşdığı haqda xəbərlər yayılmışdı.

“Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun bu transferi xüsusilə istədiyi bildirilir.

2017-ci ildə 42 milyon avro müqabilində “Roma”dan “Liverpul”a transfer olunan 26 yaşlı futbolçu, “qırmızılar”ın heyətində keçirdiyi 86 oyunda 64 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button