Kloppdan İnsinye ilə bağlı açıqlama

“Liverpul”un baş məşqçisi Yurgen Klopp, Lorenso İnsinyeni transfer etmək istəmələri ilə bağlı yayılan iddialara cavab verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Klopp, hazırda “Napoli”də forma geyinən futbolçunu transfer etməyəcəklərini bildirib:

“İnsinyeni transfer etməyəcəyik. O, çox yaxşı futbolçudur, amma “Napoli” ilə uzunmüddətli müqaviləsi var. İnsinyeyə təklif göndərmək fikrində deyilik”.

İngiltərə mətbuatı “Liverpul”un italiyalı futbolçu üçün 70 milyon avro ödəməyə hazır olduğunu yazmışdı.

“Napoli” ilə 2022-ci ilədək müqaviləsi olan 27 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 37 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button