“Liverpul”un çempionluq şansı qalmadı

“Liverpul” İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Arsenal”ı səfərdə məğlub etsə də (3:0), çempionluq şansını itirib.

Komanda.az xəbər verir ki, lider “Mançester Siti”nin bu turda “Lester”ə qalib gəlməsi (2:0), Mersisayd təmsilçisinin çempionluq şanslarını rəsmən yox edib.

Hazırda 49 xalı olan “Liverpul” qarşıdakı 8 oyunun hər birində qələbə qazansa, xallarının sayını 73-ə çatdırır. Lakin “Mançester Siti”nin də hazırda 74 xalı var.

Premyer Liqanın son qalibi olan “Liverpul” bu mövsüm 30 oyunda 14 qələbə qazanıb, 9 dəfə məğlub olub. Komanda turnir cədvəlində 5-ci sıradadır.