“Liverpul” Almaniya klubunun qapıçısını transfer edə bilər

Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobelin İngiltərə Premyer Liqasında oynamaq imkanı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” isveçrəli futbolçu ilə maraqlanır.

27 yaşlı qolkiper Bundesliqanın bu mövsümündə 20 matçda iştirak edib, 34 qol buraxıb və üç oyunda qapısını toxunulmaz saxlayıb. Onun Dortmund klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button