“Liverpul” bizdən daha yaxşı idi” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının “Liverpul”a məğlubiyyətini (1:4) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, rəqib komandanın çox yaxşı çıxış etdiyini bildirib:

“Məncə, “Liverpul” bizdən daha yaxşı idi və onlar üç xala layiq idilər. Bir çox səbəblərə görə kifayət qədər yaxşı deyildik, amma bu barədə danışmaq istəmirəm, deyiləcək çox şey var. Bir şey aydındır ki, onlar bizdən qat-qat üstün idilər.

Bu oyunun gözəl tərəfi ondan ibarətdir ki, biz çox şey öyrənə və Liqa kubokunun finalına yüksələ bilərik. Daha aqressiv olmalı, eyni enerji ilə problemləri həll etməliyik. Bu gün onlar çox güclü idilər”.

Hazırda “Liverpul” 51 xalla turnir cədvəlində birinci yerdədir. “Çelsi” isə 31 xalla 10-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button