“Liverpul” belçikalı üçün yenidən təklif  göndərəcək

“Liverpul” “Sauthempton”un yarımmüdafiəçisi Romeo Lavia üçün yeni təklif hazırlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçunun özü də “qırmızılar”a keçmək istədiyini bildirib və indi klublar onun transfer qiymətini razılaşdırmalıdırlar.

Daha əvvəl “müqəddəslər”in “Liverpul”un 43 milyon avroluq ilk təklifini rədd etdiyi bildirilmişdi. “Sauthempton”un 19 yaşlı oyunçu üçün ən azı 58 milyon avro istədiyi deyilir.

Lavia 2022/2023 mövsümündə “Sauthempton”un heyətində 29 Premyer Liqa matçında bir qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button