“Liverpul” 65 milyon avroluq futbolçu ilə maraqlanır

“Liverpul” “Ayntraxt”ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu futbolçu üçün 65 milyon avro tələb edir.

“Liverpul”un heyətində hazırda altı müdafiəçi var: İbrahima Konate, Vircil van Dayk, Qomez, Joel Matip, Rays Villiams və Jarel Amorin Quanşah.

Paço 2023-cü ilin iyulunda “Antverpen”dən “Ayntraxt”a (Frankfurt) keçib. Onun tansfer məbləği 9 milyon avro təşkil edib. 22 yaşlı müdafiəçi bu mövsüm 40 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

“Liverpul” 34 turdan sonra Premyer Liqada 74 xalla üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button