Liqa 1 matçına koronavirus əngəli

Futbol üzrə Fransa çempionatının 20-ci turu çərçivəsində keçirilməli olan “Loryan” – “Dijon” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Matçın təxirə salınmasına “Loryan”ın düşərgəsinə COVİD-19 testi pozitiv çıxanların sayının artması səbəb göstərilib. Qarşılaşmanın nə vaxt keçirilməsinə sonra aydınlıq gətiriləcək.

“Loryan” – “Dijon” qarşılaşması yanvarın 17-də keçirilməli idi.

Fransa mətbuatının yazdığına görə, “Loryan”ın heyətində azı 12 futbolçunun koronavirus testi pozitiv nəticə verib.