“Liqa 1-in yekunlaşdırılması tələsik verilən qərar idi”

Fransanın “Lill” klubunun keçmiş prezidenti Mişel Seydu koronavirus səbəbiylə dayandırılan Liqa 1-lə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan Seydu, pandemiya səbəbiylə Liqa 1-in vaxtından tez yekunlaşdırılmasını tənqid edib:

“Əvvəldən futbolçuların, azarkeşlərin sağlamlığını üstün tutaraq, çempionatı dayandıra bilməyəcəyimizi demişdim. Klubların qərarlaşdığı yerlərin ədalətli olub-olmaması ilə bağlı problemimiz var. Liqa 1-in yekunlaşdırılması tələsik verilən qərar idi. Yarışın belə bir məqamında “hər şeyi dayandırırıq” deyə bilməzsiz. Bu, mümkünsüzdür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button