Liqa 1-in ən yaxşısı məlum oldu

Fransa Liqa 1-də 2021/2022 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki bu barədə qurumun mətbuat xidməti məluat yayıb. Mövsümün ən yaxşısı PSJ-nin hücumçusu Kilian Mbappe olub. 23 yaşlı futbolçu bununla da, ardıcıl üç ildir ki, ən yaxşı seçilir.

Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 45 matçda 36 qol vurub və 26 ötürmə verib.

Onun klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq.