Liqa 1-də yeni rekordçu

PSJ Fransa Liqa 1-in 26-cı turunda “Nim”i 3:0 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma Paris təmsilçisinin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. Bu barədə Liqa 1-in rəsmi “tvitter” hesabı məlumat yayıb.

“Nim” qarşısında iki qol vuran Mbappe, Liqa 1-də qollarının sayını 51-ə çatdırıb. 20 yaşlı forvard bununla da, Fransa çempionatlarında azı 50 qol vurmağı bacaran ən gənc futbolçu ünvanını qazanıb.

Mbappe bu mövsüm Liqa 1-də 20 qarşılaşmada iştirak edərək, 20 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button