Lippi məşqçilik karyerasını başa vurdu

2006-cı ildə İtaliyanı dünya çempionu edən Marçello Lippi məşqçilik karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 72 yaşlı italyan mütəxəssis bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib.

Əfsanəvi məşqçi bunları söyləyib: “Məşqçiliyə qəti olaraq son qoymuşam. Ancaq futbolun içində digər rollarda yer ala bilərəm”.

Lippi son olaraq Çin yığmasının baş məşqçisi olub. 2016-cı ildən bu komandaya rəhbərlik edən mütəxəssis 2019-cu ildən işsiz idi. Təcrübəli məşqçi 2004-2006 və 2008-2010-cu illər aralığında ölkəsinin yığmasına rəhbərlik edib. O, “Syena”, “Çezena”, “Atalanta”, “Napoli”, “Yuventus”, “İnter”, “Quançjou Everqrand” kimi klubların da baş məşqçisi olub.

Lippi “Yuventus”la iki dəfə İtaliya çempionu olub, bu komandaya 1996-cı ildə UEFA Çempionlar Liqasının baş mükafatını qazandırıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button