Juninyo “ev”ə qayıdır

“Lion”un sabiq futbolçusu Juninyo Pernambukano yenidən Fransa təmsilçisinə qayıdır.

Komanda.az xəbər verir ki, braziliyalı sabiq futbolçu keçmiş klubunda idman direktoru vəzifəsində çalışacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb. “Lion”un bu təyinatı yaxın günlərdə açıqlayacağı gözlənilir.

Juninyo 2001-2009-cu illər aralığında “Lion”da forma geyinib.

“Lion”da mövsümün sonunda komandadan ayrılacağı açıqlanan baş məşqçi Bruno Cenesionun yerinə isə Mikel Arteta gətirilə bilər. Hazırda “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi olan Arteta da “Lion”un “sükanı arxasına” keçməyə müsbət yanaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button