“Lion”un yeni baş məşqçisi məlum oldu

“Lion”un yeni çalışdırıcısının adına aydınlıq gəlib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Fransa klubu Fabio Qrosso ilə anlaşıb.

İtaliyalı mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Loran Blanı əvəzləyəcək.

Qrosso 2007-2009-cu illərdə “Lion”un futbolçusu olub. O, İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionluğunu qazanıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button