Xorvatiyalı futbolçunun evini qarət etmək istədilər

“Lion”un müdafiəçisi Deyan Lovrenin evini qarət etməyə cəhd ediblər.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, qarətçilər futbolçunun evinə o, “Klermon”la (1:2) oyunda olan zaman soxulublar. Hadisə yerinə polis çağırılıb və giriş qapısında məcburi giriş izləri aşkar edilib.

34 yaşlı xorvatiyalı futbolçu bu mövsüm “Lion”un heyətində 2 matçda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button