“Bu oyun 1000 dəfə keçirilsə, 999 dəfə PSJ qalib gələrdi”
“Lion”un baş məşqçisi Bruno Genesio, PSJ-nin Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Mançester Yunayted”ə 1:3 hesabı ilə məğlub olması haqqında danışıb.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis, Paris təmsilçisinə dəstək olub:
“PSJ-nin mübarizəni dayandırması ilə Fransa futbolu üçün böyük üzüntü yaşadım. Onları dəstəkləyirəm. Bu hadisə futbolda hər şeyin mümkün olduğunu və heç bir şeyin güvənli olmadığını göstərdi.
Bu oyun 1000 dəfə keçirilsə, 999 dəfə PSJ qalib gələrdi. Təəssüf ki, həmin gecə heç bir şeyin yolunda getmədiyi gecə idi. Ammma futbolun məşhur olmasının səbəbi də budur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin