Satmırlar: Nə “Mançester Yunayted”ə, nə də “Yuventus”a!

Son vaxtlar adı “Mançester Yunayted” və “Yuventus”la yanaşı çəkilən “Lion”un futbolçusu Mussa Dembeleylə bağlı açıqlama verilib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Lion”un prezidenti Jan-Mişel Olas, öz “tvitter” hesabında 23 yaşlı futbolçunun klubda qalacağını bildirib:

“Lion” yeni layihəmizin əsas simvolu olan Dembeleni satmaqda maraqlı deyil. Nə “Mançester Yunayted”ə, nə də “Yuventus”a! Bu, pul deyil, prinsip məsələsidir”.

2018-ci ildə “Seltik”dən transfer edilən fransalı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button